Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 14:12

MeydanTV-nin Facebook səhifəsi silinib


MeydanTV

MeydanTV onlayn nəşrin Facebook səhifəsinin yanvarın 29-da səhər haker hücumuna məruz qalıb silindiyi bildirilir. Hakerlərin səhifə administratorunun səlahiyyətlərini ələ keçirdikləri və səhifəni sildikləri deyilir.

Bu barədə MeydanTV məlumat yayıb.

Azərbaycanda bu sayta giriş proksi-serverlər vasitəsilə mümkündür.

MeydanTV Facebook rəhbərliyi ilə əlaqə saxlayaraq səhifənin Azərbaycan, rus və ingilis dillərində bərpasına çalışır.

Almaniyada yerləşən MeydanTV Azərbaycan hökuməti ilə bağlı tənqidi yazıları ilə tanınır.

2017-ci ilin yazında bəzi onlayn nəşrlər kimi, MeydanTV də Azərbaycanda bloklanıb. Buna səbəb kimi onun veb-səhifəsində dövlətin təhlükəsizliyinə xələl gətirən bəzi yazıların yayıldığı iddia edilib. MeydanTV rəhbərliyi bu iddiaları qəbul etmir.

Bu yaxınlarda Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimlinin də Facebook səhifələri ələ keçirilmişdi. Onların statusları silinmiş, bəyənmə göstəriciləri azaldılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG