Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 15:35

Əziz Orucovun şikayətinə baxılacaq


Əziz Orucov

«Kanal 13» internet televiziyasının həbsdəki icraçı direktoru Əziz Orucovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır. Şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.

Bunu jurnalistin vəkillərindən Cavad Cavadov deyib. Vəkilin bildirməsinə görə, şikayət hakim Əmir Bayramovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatına verilib.

Apellyasiya şikayəti üzrə ilk iclas fevralın 6-da keçirilməlidir.

Məhkəmədən jurnalist barəsində bəraət hökmünün çıxarılması istənilib.

Xatırlatma

Ə.Orucov ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Birinci instansiya məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Ancaq rəsmilər ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs olunması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar iddia edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG