Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Yanvarın 26-daDövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) birgə kompleks əməliyyat tədbirləri keçiriblər.

Bu barədə DTX-nin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması,qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə onlara informasiyalar daxil olub.

“2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli saxlanıb”, məlumatda yazılır.

Açıqlamada qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlın da saxlanıb:

“Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb. Xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər”, məlumatda vurğulnır.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmaların davam etdiyi bildirilir.

Ancaq bu açıqlamada adları çəkilən Elton Xəlillinin, Lətif Zeynalovun, Zaur Qasımlın və ya onların vəkillərininittihamlara münasibətlərini almaq mümkün olmayıb.Onların ittihamlarla bağlı mövqeyi açıqlanmır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG