Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:26

Hərbi xidmətdən yayınmanın azaldığı deyilir


Xanlar Vəliyev

Bu gün, yanvarın 26-da Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib.

Kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror Xanlar Vəliyevin hesabat çıxışı olub.

X.Vəliyev deyib ki, ötən il Silahlı Qüvvələrdə qeydə alınan cinayətlərin 99.3 faizi açılıb. Onun deməsinə görə, 2016-cı illə müqayisədə 2017-ci ildə qeydə alınan böyük ictimai təhlükə törətməyən cinayətlər 8.1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8.8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11.8 faiz azalıb.

Habelə, silahla və ya ətrafdakılara təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz aşağı düşüb.

Hərbi Prokuror vurğulayıb ki, rüşvət alma, rüşvət vermə cinayətlərinin sayı 27.1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı isə 3.4 faiz azalıb.

X.Vəliyev deyib ki, korrupsiya və rüşvətxorluq faktları ilə bağlı 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

«Ötən il axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib. Qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilib. 2 min 887 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb. Habelə, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib. Cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub. Onlardan 40-ı üzrə cinayət işi başlanıb», - X.Vəliyev qeyd edib.

Hərbi prokuror çıxışının sonunda da vurğulayıb ki, hesabat dövründə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 11 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG