Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 07:00

Vyanada Suriya danışıqlarının ikinci günüdür


Vyana danışıqları

Yanvarın 25-də Vyanada BMT-nin sponsorluğuyla Suriya üzrə ikigünlük danışıqların birinci günü başa çatıb. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura əvvəlcə Suriya rəsmiləri, daha sonra müxalifətin Suriya Danışıqlar Komissiyasının (SNC) üzvləriylə görüşüb. Məqsəd konstitusiyayla bağlı məsələləri müzakirə etməkdir. Ötən ay Cenevrədə danışıqların səkkizinci raundu nəticəsiz bitib.

Görüş yaxşı keçdi”, – Suriya hökumət nümayəndə heyətinin rəhbəri Bashar al-Ja'afari BMT-nin Vyanadakı qərargahından çıxarkən “Reuters” agentliyinə deyib. O, detalları açıqlamayıb.

BMT-nin elçisi isə danışıqlarda irəliləyişin əldə olunmamasına görə prezident Bashar al-Assad hökumətini günahlandırıb. O deyib ki, hökumət müxalifət qüvvələrindən ölkədə siyasi keçid dövründə Assad-ın rolunu qəbul etməyi tələb edir.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian Vyana görüşünü Suriyada siyasi həllə nail olmaqdan ötrü “sonuncu ümid” adlandırmışdı.

2001-ci ildən Suriyada başlanan vətəndaş müharibəsində yüz minlərlə adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG