Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:24

Məktəbə hücumla əlaqədar iki yeniyetmə saxlanıb


Hadisə baş vermiş məktəb

Polis Rusiyanın Buryatiya regionunda bir məktəbə ötən həftəki hücumla əlaqədar iki yeniyetmənin şübhəli qismində saxlandığını bildirir. Onlar doqquzuncu sinif şagirdinə yoldaşlarına balta və digər silahlarla hücumda kömək etməkdə şübhəli bilinirlər.

İstintaq Komitəsi yanvarın 24-də bildirib ki, şübhəlilər yanvarın 19-da Ulan-Udedəki məktəbə hücuma yardım göstərməkdə şübhəlidirlər.

Müstəntiqlərin fikrincə, 14 və 15 yaşlarında olan bu oğlanlar hücumdan öncədən xəbərdar olublar, Molotov kokteylinin düzəldilməsinə kömək ediblər, hücum edənə məktəbdə müəllimlər otağının harda yerləşdiyini deyiblər.

Rəsmilər əsas şübhəlinin adını çəkmirlər. Onun sinif otağına girərək partlayıcı maddəni atdığı, beş nəfər yeddinci sinif şagirdini və bir müəllimi bıçaqladığı, baltayla yaraladığı, daha sonra özünə bir neçə bıçaq yarası vurduğu qeyd olunur.

Yaralılardan ikisinin durumu ağırdır.

Müstəntiqlər hücum edənin bəzi müəllimlərə nifrət hissi, digər şagirdlərlə münaqişədən təhrik olunduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG