Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 02:24

Sürüşmə ilə bağlı əhali köçürülə bilər


Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır

Bayıl yamacı, Bakı Televiziya Qülləsi (Teleqüllə) yaxınlığındakı torpaq sürüşməsini nəzarətdə saxlamaq məqsədilə Səbail Rayon İcra Hakimiyyətində qərargah yaradılıb.

Elə yanvarın 24-də də qərargahın iclası keçirilib.

Bunu Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra hakimiyyətindən verilən məlumata görə, iclasda deyilib ki, əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən dəyişikliklər nəzarətdə saxlanır.

Üstəlik, sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və vətəndaşların sayı müəyyən edilib.

Verilən məlumata görə, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb. Ehtiyac yaranarsa, vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlərin də müəyyənləşdirildiyi bildirilir.

Xatırlatma

«Teleqüllə» sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb göstərilir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı bildirilir. Artıq son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG