Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Dağlıq rayonlarda qar gözlənir


Qar

Yanvarın 24-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 24-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG