Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:54

Azərbaycanda avaralıq və dilənçiliyə görə 2900 nəfər…


Arxiv fotosu

2017-ci ildə aşkarlanan cinayətlərin və inzibati xətaların sayının 7,7 faiz artdığı bildirilir. Söhbət Əlahiddə Çevik Polis Alayının aşkar etdiyi əməllərdən gedir.

Bu haqda bu gün, yanvarın 22-də Əlahiddə Çevik Polis Alayının bir illik fəaliyyəti ilə bağlı keçirilən müşavirədə alayın komandiri Zaur Abdullayev məlumat verib. Müşavirə ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Onun bildirdiyinə görə, ötən il alay 30667 nəfər saxlayıb. Onların 821 nəfəri cinayət, 29846 nəfəri isə inzibati xətalar törətməkdə günahlandırılıb.

Onlardan 300-ü xuliqanlıqda, 257-si oğurluqda, 21-i soyğunçuluqda, 49-u dələduzluqda, 90-ı narkotikdə, 104-ü isə başqa cinayətlərdə ittiham edilib.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Xırda xuliqanlığa görə 1166, avaralığa, dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verməklə bağlı da 1586 nəfərin aidiyyəti polis orqanlarına təhvil verildiyi bildirilir.

Daxili işlər naziri Ramil Usubov da müşavirədə iştirak edib. O, Əlahiddə Çevik Polis Alayının bir illik fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG