Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:22

Kataloniyanın keçmiş lideri Kopenhagenə gedib


Carles Puigdemont

Kataloniyanın keçmiş lideri Danimarkaya səfər gedib. İspaniya hökuməti hədələyirdi ki, o, Belçikadan çıxsa, həbsinə order çıxaracaq.

Carles Puigdemont-un təyyarəsi yanvarın 22-də Kopenhagen aeroportuna enib. Onun elə bu gün Kopenhagen Universitetində müzakirəyə qatılacağı gözlənir.

Bu, Puigdemont Belçikaya sığınandan ilk xarici səfəridir. Onun rəhbərlik etdiyi hökumət ötənoktyabrda Kataloniyanın İspaniyadan ayrıldığını elan etdi, bundan sonra Belçikaya qaçıb, İspaniya məhkəməsinin çağırışlarına da əməl etməyib.

İspaniyanın dövlət ittihamçısı yanvarın 1-də deyib ki, Puigdemont Danimarkaya getsə, İspaniya Ali Məhkəməsindən onun Avropada həbsinə dair order istəyəcək.

İspaniya noyabrda Puigdemont-un həbsi üçün Avropa orderi çıxarıb, bir ay sonra onu ləğv edib.

Dekabrın 21-də Kataloniyada keçirilən referendumda müstəqilliyi dəstəkləyən partiyalar üstünlük qazanıb.

İndi Puigdemont Kataloniyanın prezidentliyinə qayıtmaq istəyir, amma regionu elə mühacirətdən idarə etmək istəyini dilə gətirib.

Madridsə bildirir ki, Kataloniyanı xaricdən idarə etmək “qanunsuz”dur.

Günün bütün mövzuları

XS
SM
MD
LG