Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:07

Bakı-Banqkok aviareysinin açılışı təxirə düşüb


Təyyarə

Azərbaycan və Tailand arasında aviareyslərin yerinə yetirilməsi təxirə salınıb. Bunu «Azərbaycan Hava Yolları»ndan (AZAL) bildiriblər.

«Bu, ilk növbədə bizim hava gəmiləri üçün slotlarla bağlıdır. Bizə verilmiş cədvəl üzrə təyyarə Banqkok hava limanında uzun müddət dayanıb. Uçuşların digər Asiya ölkələri ərazisində davam etdirilməsi üçün icazə isə bizə hələ verilməyib. Bundan başqa, «Buta Airways» loukosterinə 5 «Embraer» təyyarəsinin verilməsini nəzərə alaraq, aviaşirkətin azalan donanması cari cədvəl üzrə daha prioritet istiqamətlərə yönəldiləcək», - deyə AZAL mətbuat xidmətindən bildiriblər.

AZAL-dan deyiblər ki, sözügedən reysin açılması məsələsi gündəmdə qalır:

«Ümid edirik ki, yaxın illərdə donanmaya yeni müasir «Boeing 737 MAX» təyyarələri və 4 ədəd «Boeing 787 Dreamliner» təyyarəsinin əlavə edilməsi ilə sözügedən reysin açılması məsələsi gündəmdə olacaq».

Bakı-Banqkok aviareysinin 2017-ci il oktyabrın 29-dan fəaliyyətə başlayacağı nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG