Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:02

BMT Təhlükəsizlik Şurası Afrin əməliyyatına görə yığışır


Azad Suriya Ordusunun döyüşçüləri
Azad Suriya Ordusunun döyüşçüləri

BMT-nin Təhlükəsizlik Şurası Suriyanın Afrin regionundakı humanitar durumu müzakirə etməkdən ötrü toplaşacaq. Qeyd edək ki, Türkiyə kürdlərin nəzarətində olan bu ərazidə hərbi əməliyyata başlayıb.

Diplomatların yanvarın 21-də bildirməsinə görə, şura Fransanın xahişiylə yanvarın 22-də yerli vaxtlar 11:30-da yığışacaq. Toplantıda Suriya hökumətinin İdlib əyalətində Şərqi Qutada hərbi kampaniyası da müzakirə ediləcək.

FRANSA “BƏRK NARAHATDIR”

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian-ın bildirməsinə görə, ölkəsi Afrində “durumun qəddarcasına pisləşməsindən” bərk narahatdır. İnsan haqları qrupları Türkiyənin apardığı əməliyyatın ilk 24 saatı ərzində azı 18 nəfərin həlak olduğunu bildirir.

*** Buna da bax: Türkiyə ordusu Suriyanın Afrin regionuna girdi

Türkiyə qüvvələrinin yanvarın 20-də başlatdığı əməliyyatın hədəfi ABŞ-ın dəstəklədiyi YPG kürd qruplaşmasını Afrindən çıxarmaqdır. Amma ABŞ xəbərdarlıq edir ki, bu addım regionda sabitsizlik yaradar.

Türklər YPG-ni Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqələrdə suçlayırlar. PKK 30 ildən çoxdur Türkiyənin cənubşərqində müstəqillik uğrunda savaşır. PKK-nı Türkiyə, Birləşmiş Ştatlar və Avropa Birliyi terror qrupu kimi tanıyır.

Türkiyənin baş naziri Binali Yildirim yanvarın 21-də bildirib ki, ölkəsinin əsgərləri əməliyyatın ikinci günündə Suriya ilə sərhədi keçiblər.

Onun iddiasına görə, YPG Türkiyə şəhərlərinə 11 raket atıb, azı bir suriyalı qaçqın öldürülüb, 47 nəfər yaralanıb.

Rəsmilər türk qüvvələrinin Azad Suriya ordusuyla birgə hərəkət etdiyini bildiriblər. Bu ordunun da məqsədi Suriya prezidenti Bashar al-Assad-ı devirməkdir və Türkiyə ordusu tərəfindən dəstəklənir.

REAKSİYALAR

Birləşmiş Ştatlar yanvarın 21-də bəyanat yayaraq Türkiyəni təmkinli davranmağa, hücumun “miqyasını və müddətini məhdudlaşdırmağa” çağırır.

ABŞ-n müdafiə naziri Jim Mattis isə deyib ki, NATO müttəfiqi olan Türkiyənin Suriyayla bağlı “qanuni” narahatlıqları var və ABŞ rəsmilərinə bu əməliyyatlar əlaqədar öncədən xəbərdarlıq olunub.

*** Buna da bax: XİN : “Azərbaycan Türkiyənin narahatlıqlarını anlayır”

Türkiyə səmimi davranıb. Təyyarələr göyə qalxmazdan öncə bizə xəbərdarlıq etdilər ki, bunu bizlə məsləhətləşərək etmək istəyirlər və hazırda xarici işlər nazirliyi vasitəsiylə bunun üzərində işləyirik”, – o deyib.

Suriya hökuməti isə “Türkiyənin Afrinə təcavüzünü” pisləyib.

İranla Misir də Türkiyənin əməliyyatını pisləyiblər.

Türkiyə ordusu artilleriyasının 153 kürd hədəfini vurduğunu, itkilərin də kürd yaraqlıları arasında olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi “provokasiyanı önləmək, rus hərbçilərin həyatına təhlükəni aradan qaldırmaqdan ötrü” Afrindəki əsgərləri geri çəkdiyini açıqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG