Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:43

Kabildə otelə hücumda azı 30 nəfər həlak olub


Kabildəki Intercontinental Hotel-də əməliyyat aparılır

Kabildə Taliban yaraqlılarının Intercontinental Hotel-ə hücumunda azı 30 nəfər öldürülüb.

İctimai səhiyyə nazirliyinin sözçüzü Wahid Majroh yanvarın 21-də deyib ki, şəhər xəstəxanalarına 19 meyit gətirilib. Ölənlər arasında 14 əcnəbi də var.

Amma aparıcı təhlükəsizlik rəsmisinin “Reuters” agentliyinə deməsinə görə, ölü sayı 30-dur, onların arasında otel əməkdaşları, qonaqlar, yaraqlılarla mübarizə aparmış təhlükəsizlik qüvvələri üzvləri də var.

Bəzi yerli mənbələr 40 nəfərin öldürüldüyünü bildirir.

Rəsmilər təhlükəsizlik qüvvələrinin altı yaraqlını qətlə yetirdiyini vurğulayıb.

Ordu uniformasında olan yaraqlılar yanvarın 20-də axşam Əfqanıstan paytaxtındakı dəbdəbəli otelə hücum ediblər.

Daxili işlər nazirliyinin sözçüsü Najib Danish deyib ki, 41 əcnəbi daxil olmaqla 150-dən çox adam hadisə yerindən qaça bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG