Praqanın mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayı 4 nəfərə çatıb.
Yanğın vaxtı xəsarət alan 2 qadının xəstəxanada keçindikləri bildirilir.
Bu barədə yanvarın 21-də ölkə rəsmiləri məlumat verib.
Yanvarın 20-də “Eurostars David” hotelində baş verən yanğın zamanı hadisə yerindəcə 2 nəfər ölüb, 7 nəfərsə xəsarət alıb.
Ölənlərdən biri Almaniya, digəri isə Cənubi Koreya vətəndaşıdır.
Xəsarət alanların arasında Niderland,Türkiyə və Fransa vətəndaşları olduğu bildirilir.
Yanğn zamanı 40-a yaxın adam binadan evakuasiya edilib.
Yanğın axşam saat 5 radlərində baş verib.
İstintaq gedir.