Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:55

Türkiyə ordusu Suriyadakı kürd birləşmələrinin mövqelərini vurub


Foto arxiv

Türkiyə ordusu Suriyadakı kürd birləşmələrinin mövqelərini artileriya atəşinə tutub.

Bu barədə yanvarın 20-də “Anadolu” agentliyi Türkiyə silahlı qüvvələrinin baş qərargahına istinadla xəbər yayıb.

Söhbət əsasən Afrin rayonundakı PKK və “Demokratik İttifaq partiyası” nın (DYP) yaraqlılarından gedir.

Məlumata görə yaraqlılar bundan əvvəl Türkiyə ərazisini atəşə tutublarmış.

Yaraqlılara məxsus silah və sursat anbarlarının dağıdıldığı bildirilir.

Türkiyə DYP-ni terrorçu PKK qrupu ilə əlbir olmaqda günahlandırır.

PKK (Kürd İşçi Partiyası) yaraqlıları uzun illərdir ki, Türkiyənin cənub-şərqində müstəqillik uğrunda silahlı mübarizə aparır.

80-ci illərdən bi yana gedən savaşda ümumilikdə 40 mindən çox adam ölüb.

Türkiyə ordusu hazırda Suriya ərazisində “İslam dövləti” qrupu və kürd birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirir.

Ankara dəfələrlə bəyan edib ki, məqsəd sərhəd bölgəsini terrorçu birləşmələrdən azad etməkdir.

“Haberturk” portalının məlumatına görə hazırda Suriya ilə sərhəd bölgəsində hərbi səfərbərlik aparılır.

Türkiyə prezidenti Racep Tayyib Erdogan yanvarın 8-də bildirib ki, istənilən vaxt Afrində terrorçu qruplara qarşı hərbi əməliyyat başlana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG