Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 08:36

Məktəbə baltayla hücum olub, 7 nəfər yaralanıb


Permdə hücum baş vermiş məktəb

Rusiyanın cənub-qərbindəki Sibir vilayətində yeniyetmə şagird bir qrup azyaşlı şagirdə baltayla hücum edib, azı yeddi nəfər yaralanıb. Hücumun yanvarın 19-da səhər Sosnovy Bor kəndində baş verdiyi bildirilir.

Bu kənd Ulan-Udedən 20 kilometr şərqdə, Buryatya regionunda yerləşir. Həmin kənddə isə Rusiya hava qüvvələrinin qarnizonu var.

Rusiya İstintaq Komitəsinin yerli filialının təmsilçisi Svetlana Petrenko deyib ki, hücum edən doqquzuncu sinif şagirdi olub. Petrenko onun təkbaşına yeddinci sinif şagirdlərinə və müəllimə baltayla hücum edərək məktəbi yandırıcı maye doldurulmuş butılkayla yandırıb.

Altı şagirdin və bir qadının xəsarət aldığı bildirilir. Petrenko-nun deməsinə görə, şübhəli intihara cəhd etmək istəyib və saxlanıb.

Dörd gün öncə Perm şəhərində məktəbdə bıçaqlama hadisəsi olmuşdu, 12 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG