Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

Prezidentliyə namizəd Kremlin onu dəstəkləmədiyini deyir


Andres Manuel Lopez Obrador

Meksikada prezident seçkisində öndə gedən solçu namizəd Kremldən dəstək alması iddialarına aydınlıq gətirib. İddiaları onun opponentləri və ABŞ rəsmisi səsləndiriblər.

Andres Manuel Lopez Obrador yanvarın 18-də deyib ki, iddiaları nəzərə alanda, gərək bundan sonra “Andres Manuelovich” kimi tanınsın.

Hakim partiyadan Obrador-un rəqibi olan Jose Antonio Meade-nin sözçüsü yanvarın 17-də xəbərdarlıq edib ki, Rusiya iyulda keçiriləcək prezident seçkisinə müdaxilə edə bilər, məqsəd də Lopez Obrador-a üstünlük qazandırmaqdır.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri H.R. McMaster də bu yaxınlarda deyib ki, Rusiya 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilə cəhdləriylə bağlı iddiaların ardınca Meksikada və digər ölkələrdə də səsverməyə təsir göstərməyə çalışır.

Bunun ilkin əlamətlərini Meksikada prezident kampaniyasında artıq görmüşük”, – McMaster-in ötən ay etdiyi bir çıxışından yayılmış videoda deyilir.

Meksika şəhərinin keçmiş meri Obrador isə yaydığı videoda bu ittihama lağ edir, özünü “Andres Manuelovich” adlandırır və deyir ki, qızılla dolu rus sualtı qayığını gözləyir.

Rusiyanın Sputnik və RT kimi dövlətdən maliyyələşən xəbər kanalları Obradar-ı müsbət işıqlandırıb. Bu da opponentləri arasında Kremlin ona dəstək verməsinə dair şübhələr oyadıb.

Kremlin sözçüsü Dmitry Peskov da ittihamları “əsassız” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG