Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 22:30

Paytaxt polisi 2017-ci ilin yekunlarını müzakirə edib


Ramil Usubov

“2016-cı illə müqayisədə ötən il Bakıda ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluq 10, quldurluq 16 faiz azalıb”.

Yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi Mirqafar Seyidov belə deyib. Bu haqda Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.

M.Seyidov bildirib ki, cinayətlərin 80 faiz açılması təmin olunub. Ağır cinayətlərin açılma faizi 78,7, şəxsiyyət əleyhinə olan cinayətlərdə 94,4 faiz təşkil edib. Qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların isə 90,2 faizinin açıldığını bildirib.

İdarə rəisinin sözlərinə görə, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

Narkotika cinayətlərinə gəlincə, M.Seyidov bildirib ki, 802 fakt aşkar edilib və dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Onun sözlərinə görə, paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6, xəsarət alanların sayı isə 20 faiz azalıb.

Müşavirədə daxili işlər naziri Ramil Usubov da iştirak edib.

Nazir çıxışında paytaxt polisinin 2017-ci ildə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini müsbət qiymətləndirib.

R.Usubovun həmçinin, baş idarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat tədbirlərinin gücləndirilməsini tələb etdiyi bildirilir.

Amma bezi ekspertlər Azərbaycanda rəsmi statistikaya görə, cinayətlərin açılma faizinin yüksək olmasını heç də hüquq mühafizə orqanlarının peşəkarlığı ilə izah etmirlər. Onlar deyir ki, ölkədə bir sıra cinayətlər qeydiyyatdan kənarda qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG