Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 20:14

Jurnalisti bıçaqlamaqda suçlanan həbsdə qalacaq


Boris Grits

Oktyabrda Ekho Moskvy radiosunun jurnalisti Tatyana Felgengauer-i bıçaqlamaqda suçlanan şəxsin həbsdə qalma müddəti uzadılıb. Moskva məhkəməsi yanvarın 18-də Boris Grits-in aprelin 23-dək həbsdə qalması barədə qərar çıxarıb.

Rəsmilərin və şahidlərin deməsinə görə, o, radiosyansiyanın studiyasına girərək jurnalisti boğazından bıçaqlayıb.

Müstəntiqin məhkəmədə bildirməsinə görə, 48 yaşlı, Rusiya-İsrail vətəndaşı olan Grits zehni qüsurludur və nəzarətdə qalmalıdır. Onun özünə və cəmiyyətə təhlükəli ola biləcəyi bildirilib.

Felgengauer-in vəkili Sergei Badamshin yanvarın 17-də demişdi ki, Grits-ə paranoyd şizofreniya diaqnozu qoyulub və məhkəmə qarşısına çıxarılmaq üçün sağlam deyil.

Müstəntiqlərin sözlərinə görə, Grits polisə deyib ki, o, beş il ərzində Felgengauer-lə “telepatik əlaqə”də olub. O, saxlanandan sonra psixiatrik yoxlamadan keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG