Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:10

Şəkər çuğunduru yığımı artıb, amma...


Şəkər çuğunduru

Ötən il Azərbaycanda şəkər çuğunduru istehsalının artdığı bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda 422.2 min ton şəkər çuğunduru toplanıb.

Rəsmi məlumata görə, şəkər çuğunduru istehsalı 22 faiz artıb. Artıma əkin sahələrinin 7.1 min hektardan 13.8 min hektara (+93 faiz) çatdırılması hesabına nail olunub.

Əkin sahələrinin artırılması fonunda məhsuldarlıq bir hektardan 490 sentnerdən 309 sentnerə düşüb.

Xatırlatma

Prezident İlham Əliyev ötən il aprelin 4-də şəkər çuğundurunun emalı ilə məşğul olanlara maliyyə dəstəyi verilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmana əsasən, belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG