Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Donbasın “reinteqrasiyası” qanunu qəbul olundu


Verkhovna Rada yaxınlığında etiraz aksiyası, 16 yanvar, 2018-ci il

Ukrayna parlamenti ölkənin şərqində rusiyapərəst separatçıların əlində olan ərazilərlə bağlı dövlət siyasətini müəyyənləşdirən qanunu qəbul edib.

Qanunu Verkhovna Rada yanvarın 18-də 280-226 səs fərqiylə qəbul edib. Bu qanun layihəsi ölkədə gərginlik yaratmış, nümayişlərə səbəb olmuşdu. Dörd ilə yaxındır davam edən müharibə onsuz da ölkəyə ziyan vurub.

İndi qanunu prezident Petro Poroshenko imzalamalıdır, onun partiyası qanunvericiliyi dəstəkləyir.

Qanunda Rusiya “təcavüzkar”, separatçıların nəzarətində olan Donbas kimi tanınan Donetsk və Luqansk vilayətləri isə “müvəqqəti tutulmuş ərazilər” adlandırılır.

Daha öncə, 2014-cü ildə Rusiyanın ilhaq etdiyi Krım yarımadası da bu cür adlanırdı.

Qanunda Avropanın dəstəklədiyi, Minsk razılaşması kimi tanınan sülh sazişinin adı çəkilmir. Bu da 2015-ci ilin fevralında əldə olunmuş, müharibənin bitməsini hədəfləyən razılaşmanın icrası cəhdlərini daha da çətinləşdirə bilər.

2014-cü ilin aprelində Ukraynanın şərqində münaqişə başlanandan burada 10 min 300-dən çox adam həlak olub. Münaqişə Kiyevdə avropapərəst etirazlar nəticəsində Rusiyaya dost prezident Viktor Yanukovych-in devrilməsindən sonra başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG