Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:06

Yanvarın 19-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz, bəzi yerlərdə çiskinli olacağı bildirilir. Arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yanvarın 19-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı vurğulanır. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-9 dərəcə şaxta təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, yanvarın 19-u axşamdan 20-si axşamadək bəzi rayonlarda arabir güclənən qərb küləyi əsəcək, yağış, dağlıq ərazilərdə qar yağacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG