Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 17:04

Bəzi peşə müəllimlərinin maaşı artır


Balıda peşə məktəbi (arxiv fotosu)

Azərbaycanda dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükü, əməkhaqları artırılır.

Prezident İlham Əliyev bu gün, yanvarın 17-si bununla bağlı sərəncam imzalayıb.

Sərəncam dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.

Buna da bax: İşsiz-peşəsiz peşə məktəbləri...

Sərəncama əsasən, peşə-ixtisas təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılır.

Nazirlər Kabinetinə tapşırılıb ki, diaqnostik qiymətləndirmədən keçmiş, peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini, məbləğlərini on beş gün müddətində təsdiqləsin.

Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi müsabiqə ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti göstərənlər diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulacaq.

Müəllimlərin həftəlik dərs yükü normasının və aylıq vəzifə maaşlarının artırılması yanvarın 1-dən tətbiq ediləcək.

Xatırlatma

Təhsil Nazirliyinin məlumatına görə, ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib.

2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib.

Nazirlik 2018-ci ilin birinci yarısında ilk-peşə ixtisas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsinin nəzərdə tutulduğunu qeyd edir.

Bu vaxta qədər ümumilikdə nə qədər peşə müəlliminin diaqnostik qiymətləndirmədən keçdiyi, nə qədərinin isə keçə bilmədiyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG