Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:21

Bir nəfərə görə hər ay ərzağa 153 manat xərclənib


Bakıda supermarket

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri 35.3 milyard manata bərabər olub.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda yazılır ki, 2017-ci ildə pərakəndə satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini 2.5 faiz üstələyib.

Ticarət dövriyyəsinin 17.9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17.4 milyard manatını da qeyri-ərzaq məhsulları təşkil edib.

Ərzağa xərclənmiş vəsait ticarət dövriyyəsinin ümumilikdə 45.9 faizinə bərabər olub.

Ötən il əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301.9 manat olub. Bunun 2016-cı ilin uyğun göstəricisindən nominal ifadədə 40.9 manat çox olduğu bildirilir.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153.1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148.8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Ötən il rəsmi statistikaya görə, ərzaq məhsullarının 17 faiz bahalaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG