Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 11:22

Pxenyan yanvarın 17-də danışıqlar istəyir


Yanvarın 9-da iki Koreya rəsmiləri son iki ildə ilk dəfə bir araya gəldilər. Görüşün keçirildiyi məkan

Şimali Koreya atletlərinin gələn ay Pxençanda Qış Olimpiya Oyunlarına göndərilməsiylə bağlı yanvarın 17-də Panmunjom sərhəd kəndində işçi danışıqlar keçirilməsini istəyir. “Reuters” informasiya agentliyinin yazdığına görə, bunu Cənubi Koreyanın birləşmə nazirliyi yaydığı mobil ismarıcda bildirir.

SEUL HƏLƏ QƏRAR VERMƏYİB

Nazirlik rəsmisinin bazar ertəsi bildirməsinə görə. Pxenyanın xahişini qəbul edib-etməmək barədə qərar verilməyib. Şimali Koreya görüşün iki ölkəni ayıran neytral zonanın cənuba düşən hissəsindəki Sülh Evində keçirilməsini istəyir.

*** Buna da bax: Putin deyir ki, Şimali Koreya ‘bu raundda qalib gəlib’

Bu xəbərdən öncə, elə bazar ertəsi iki Koreya rəsmiləri görüşərək Pxenyanın Qış Olimpiya Oyunlarına incəsənət qrupu göndərməsini müzakirə ediblər.

Şimali və Cənubi Koreya şimalın qış olimpiadasında iştirakını müzakirə etməkdən ötrü əlavə görüşlərə razılaşıblar. İki tərəfin rəsmiləri ötən həftə son iki ildə ilk dəfə olaraq görüşmüşdülər.

Şimali Koreya Qış Olimpiya oyunlarına atletlərdən və incəsənət qrupundan savayı böyük nümayəndə heyəti də göndərməyi planlaşdırır.

Yanvarın 20-də Şimali və Cənubi Koreya təmsilçiləri Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə də bir araya gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG