Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 20:39

Yalandan terror həyəcanı yaratmaqda günahlandırılan 2 şəxsin saxlandığı bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanvarın 12-də saat 12:38-də Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

“Məlumat DİN-in “102” Xidmətinə ötürülüb. Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

Buna da bax: Yalan bomba xəbərinə görə 5 il həbs cəzası aldı

Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanıblar”, – məlumatda vurğulanır.

Saxlanan şəxslərin adları açıqlanmır. Onların ittihama münasibəti, hələlik, bilinmir. Araşdırma aparıldığı qeyd edilir

“Vətəndaşların nəzərinə çatdırırıq ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır. Hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görüləcək”, – DİN bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG