Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Bakıda sulu qar, rayonlarda qar gözlənir


Arxiv fotosu

Yanvarın 14-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir. Gecə və axşam bəzi yerlərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, yağıntının bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənir.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG