Keçid linkləri

2018, 18 Yanvar, Cümə axşamı, Bakı vaxtı 11:56

İtkin alpinistləri 'gördüm' deyən yoxdur


İtkin alpinistlərin axtarışı, hələ ki, nəticə vermir.

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də də davam etdirilib.

«Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər iştirak edib», -məlumatda yazılır.

FİN vurğulayır ki, axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Xatırlatma

«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.

Daha sonra hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

İstintaq orqanına görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin öz vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.

Günün bütün mövzuları

XS
SM
MD
LG