Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:15

İranın İraqla sərhədində bir neçə yüngül zəlzələ olub


İranda zəlzələ, arxiv fotosu

Yanvarın 11-də İranın İraqla sərhədində bir neçə yüngül zəlzələ qeydə alınıb. Çoxu noyabrda 530 nəfərin ölümünə səbəb olmuş zəlzələ zonasında baş verib.

İran dövlət televiziyasının məlumatına görə, dünənki zəlzələdə dörd nəfər yüngül xəsarət alıb, kiçikmiqyaslı ziyan var.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələlərin hamısı yanvarın 11-də səhər bir-birindən bir saatlıq fasiləylə İran-İraq sərhədində qeydə alınıb.

Altı təkanın gücünün azı 5, ikisinin isə 4 bal olduğu bildirilir.

5 bal gücündə zəlzələ orta sayılır.

İran dövlət televiziyası adamların titrəyişlərdən küçələrə qaçdığını xəbərləyib. Təkanların Bağdadda və İraqın kürd regionundan da hiss olunduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG