Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:26

İki il gözləyən layihə yenidən müzakirəyə çıxarılır


Milli Məclis

İki ildir müzakirəsi təxirə düşən qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarıla bilər. Söhbət dövlətlərarası orqanın qərarının Azərbaycanda icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsindən gedir. Layihənin bu ilin yaz sessiyasında Milli Məclisdə (MM) müzakirəyə çıxarılacağı bildirilir.

APA-nın xəbərinə görə, «İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında» Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumların üzvüdür. O cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq edir.

Qanun layihəsi ilk dəfə 2016-cı il martın 17-də MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. İclasda bildirilib ki, qanunvericilik prinsiplərinə əsasən, qanun layihəsi 63 deputatın razılığı olandan sonra MM-in plenar iclasına tövsiyə edilə bilər.

Qanun layihəsinin müzakirəsi o vaxtdan təxirə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG