Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:51

Qırğızıstanda məmurlar işdən çıxarılır, töhmət alır


Sapar Isakov

Qırğızıstanın baş naziri Sapar Isakov ölkənin Avrasiya İqtisadi Birliyindəki elçisi Sanjar Umotaliev-i işdən çıxarıb, bir neçə məmura isə töhmət verib.

Yanvarın 8-də verilmiş sərəncamla Isakov Umotaliev-i hökumətin aparat rəhbərinin müavini vəzifəsindən də kənarlaşdırıb, onun “Avropa İqtisadi Birliyinin Gömrük Kodeksi Sazişinin ratifikasiyası barədə qanun layihəsini düzgün hazırlaya bilməməsi” əsas gətirilib.

Isakov eyni səbəblə iqtisadiyyat naziri Artyom Novikov, iqtisadiyyat nazirinin müavini Bakkeldi Tyumenbaev, Dövlət Gömrük Xidmətinin rəhbəri Kubanychbek Kulmatov və Kuımatov-un müavini Zamirbek Niyazaliev-ə də töhmət verib.

Kabinetin bir neçə heyət üzvü də işdən çıxarılıb.

AİB-də Rusiya və Qazaxıstan üstün mövqedədir, Ermənistanla Belarus da qurumun üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG