Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:30

Vergilər Nazirliyindən 64 nəfər çıxarılıb


Vergilər Nazirliyində müşavirə

«Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədi ilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb».

Bu barədə Vergilər Nazirliyindən APA-ya bildiriblər.

Verilən məlumata görə, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

«Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var», - məlumatda vurğulanır.

Xatırlatma

Ötən il dekabrın 5-də vergilər naziri Fazil Məmmədov işdən çıxarılıb. Onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib. Bəzi KİV-lərdə son baş verənlər keçmiş nazirə yaxın olan simaların vurulması kimi təqdim edilir. Amma işdən çıxarılanlar bununla bağlı mətbuata hər hansı açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG