Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 04:34

Avstraliyada eynicinslilər evlənməyə başlayır


Avstraliyada gey cütlüklər

Yanvarın 9-dan Avstraliyada eynicinslilər nikaha girməyə başlayıb. Belə ki, bu ölkədə geylərin ailə qurmasına son hüquqi maneələr də aradan qaldırılıb.

Avstraliya parlamentinin dəstəyindən sonra ölkədə eynicinsli nikahlar qanuni sayılır.

Amma bütün cütlüklər üçün belə bir qayda qoyulmuşdu ki, nikaha girməzdən bir ay öncə niyyətlərini açıqlasınlar. Bu səbəbdən ilk nikahlar bu gündən kəsilir.

Avstraliyanın mühafizəkar hökuməti parlament üzvləri arasında fikir ayrılığını önləməkdən ötrü məsələylə bağlı hüquqi qüvvəsi olmayan poçt sorğusu keçirmişdi.

Avstraliyalıların 62 faizi məsələni dəstəkləyəndən sonra deputatlar dərhal eynicinsli nikahlara icazə verən qanunvericiliyi qəbul etdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG