Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionundakı etnik erməni ordusunun rəhbərliyi bir əsgərinin Azərbaycanlı snayper tərəfindən vurulduğunu bildirir.
29 yaşlı əsgər Vache Chilingarian-ın yanvarın 7-də öldürüldüyü qeyd olunur.
Hələlik, Azərbaycan bu məlumata rəsmi reaksiya verməyib. Ancaq Azərbaycan rəsmiləri adətən atəşkəsin Ermənistan tərəfdən pozulduğunu bildirirlər.
Dağlıq Qarabağın etnik erməniləri 1988-ci ildə Azərbaycandan ayrıldıqlarını bəyan ediblər. 1994-cü ilədək davam edən müharibədə 30 minədək adam həlak olub, yüz minlərlə adam evindən didərgin düşüb.
Münaqişənin həllindən ötrü aparılan danışıqlarda indiyədək elə bir uğur əldə olunmayıb.