Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 08:53

Fransa prezidenti Emmanuel Macron-un Çinə ilk dövlət səfəri başlanıb. Onun ticarət, dünyadakı münaqişələri və iqlim dəyişikiyini müzakirə edəcəyi gözlənir.

Yanvarın 8-də Macron həyat yoldaşı Brigitte ilə Çinin şimalındakı Sian şəhərinə gedib. Bu şəhər Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanınıb.

Prezident və xanımının yanvarın 8-də paytaxt Pekinə gedəcəyi, burada Çin prezidenti Xi Jinping və həyat yoldaşı Peng Liyuan ilə nahar edəcəyi gözlənir.

Bu səfərdən öncə Macron ABŞ prezidenti Donald Trump ilə telefonla danışıb, Şimali Koreya və İran böhranlarını müzakirə edib. Bu məsələlərin Xi ilə də müzakirə olunacağı gözlənir.

Çin Şimali Koreyanın əsas müttəfiqidir və bir sıra Qərb ölkələri Pekindən Pxenyana ballistik raket və nüvə proqramlarını bitirməkdən ötrü təzyiq göstərməyi tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG