Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:17

ANAMA 2017-ci ildə gördüyü işləri açıqlayıb


Foto arxiv

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2017-ci ildəki fəaliyyəti ilə bağlı məlumat yayıb.

“Ümumilikdə 92 843 672 kv.mərazi təmizlənib, 35 117 ədəd partlamamış hərbi sursat (PHS), 204 ədəd tank əleyhinə mina (TƏM) və 35 ədəd piyada əleyhinə mina (PƏM) aşkar edilib. Bütünlükdə 35 356 ədəd mina və PHS Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun qaydada zərərsizləşdirilib”, Agentliyin hesabatında vurğulanır.

Sənəddə bildirilir ki, ötən ilavqustun 27-də sovet dövründən qalan bir hərbi hissənin silah-sursat anbarında partlayış baş verib:

“Təmizləmə əməliyyatı zamanı 24 341 ədəd partlamamış hərbi sursat (PHS), 16 061 ədəd partlamış-yanmış sursat qalıqları və 91 783 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 77 519 669 kv.m (7 752 ha) ərazi yoxlanıb”.

Agentlik 2018-ci il ərzində də cəbhəxətti və sərhədyanı rayonlarda, sovet dövründən qalan silah-sursat anbarlarında müxtəlif qurumların müraciətlərinə əsasən təmizləmə əməliyyatları yerinə yetirməyi nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG