Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:19

Bu gün, yanvarın 2-də Tərtər rayonu, Qaynaq kəndi ərazisində raket başlığı aşkarlanıb.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyindən Agentliyə Tərtər rayonu, Qaynaq kəndi ərazisində 1 ədəd mərmi tapılması barədə məlumat daxil olub:

«Agentliyin mütəxəssisləri həmin kəndin ərazisində əkin sahəsinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik raketin döyüş başlığı aşkar edilib. Həmin döyüş başlığı zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb».

Məlumatda vurğulanır ki, ərazidə bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Tərtər rayonu cəbhə bölgəsində yerləşir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG