Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 17:44

Maaşını tələb edən inşaatçı soyuqdan donub


Arxiv fotosu

Novosibirskdə qaldırıcı kranda üç gün aksiya keçirmiş inşaatçı soyuqdan donduğu üçün xəstəxanaya aparılıb. Bu barədə “MBX media” saytı yazır.

Gecikdirilən maaşını tələb edən inşaatçı 90 metrlik krana dekabrın 28-də qalxıb. Dekabrın 30-da onu enməyə məcbur etməkdən ötrü elektriki kəsiblər. Ancaq həmkarlarının deməsinə görə, inşaatçının itirəcəyi bir şey yoxdur və bunu özünə diqqət çəkməyin yeganə yolu sayıb. İşəgötürənin ona dörd aylıq əməkhaqqısını – 140 min rubl borclu olduğu bildirilir.

Həmin inşaat şirkətindən artıq bir neçə dəfədir gecikdirilən maaşların ödənməsini tələb edirlər. Oktyabrda krana 10, dekabrda 3 nəfər çıxıb.

Amma şirkət rəhbəri Vladimir Konovalov maaşların verilməməsi məsələsini fəhlələr qarşısında inkar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG