Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Mesencerlərin işini tənzimləyən qanun qüvvəyə minib


©Shutterstock

Yanvarın 1-dən Rusiyada mesencerlerin işini tənzimləyən qanun qüvvəyə minib.

Yeni qaydalara görə, bütün mesencer istifadəçiləri qeydiyyatdan keçməlidirlər. Yəni bu xidmətlərdə hesab hansısa anonim elektron poçt ünvanına deyil, konkret telefon nömrəsinə bağlı olmalıdır. Sim kart sahiblərinin pasport məlumatları mobil əlaqə operatorlarında var deyə, hüquq-mühafizə orqanları onları istənilın vaxt yoxlamaq üçün çağıra bilər.

İstifadəçilərin müəyyənləşdirilməsindən imtina olunduğu halda, servis administratorları bir milyon rubladək cərimələrə bilərlər.

Bundan başqa, mesencerlər qadağan olunmuş informasiyanın yayılmasını məhdudlaşdırmasa, rabitə operatoru ona çıxışı məhdudlaşdıra bilər.

Bu qanunu iyulda Rusiya prezidenti Vladimir Putin iyulda imzalayıb. Vətəndaş fəalları mesencerlərlə bağlı qanunun və internetdə digər məhdudlaşdırıcı addımların ləğvini tələb edirlər.

Avqustda bir neçə regionda “Azad internet” uğrunda aksiyalar keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG