Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Cənub-qərb küləyinin əsəcəyi, gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.
Dekabrın 30-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin axşam bəzi qərb rayonlarında çiskinli yağış gözlənilir. Gecə 1-6, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təxmin edilir.
Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yeni ilin il günündən isə hava soyuyacaq. Bakıda yağış, rayonlarda qar yağacağı gözlənir.