Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:32

Moskvada avtobus dayanacağa dəyib, 3 nəfər yaralanıb


Arxiv fotosu

Rusiyanın Fövqəladə Hallar Nazirliyi dekabrın 29-da Moskvada avtobus qəzasında iki nəfərin ölməsi barədə məlumatları təkzib edib, hadisə zamanı üç nəfərin xəsarət aldığını bildirib.

Nazirlik avtobus qəzasında yaralılarla bağlı məlumatların da dəqiqləşdirildiyini vurğulayıb.

Moskva şəhər polisi Skhodnenskaya metrostansiyası yaxınlığında bir avtomobilin avtobusu vurduğunu və onu dayanacağa itələdiyini bildirmişdi.

Moskvanın meri Sergei Sobyanin dekabrın 29-da bildirib ki, qəzanın hərtərəfli araşdırılmasına göstəriş verib.

Polis daha öncə bir nəfərin avtobusda, digərinin dayanacaqda öldüyünü bildirirdi.

Dörd gün öncə, Slavyansky bulvarı metrostansiyası yaxınlığında avtobus yeraltı keçidə sürmüşdü, 4 nəfər ölmüş, 13 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG