Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 06:47

'Sovetski'də yeni köçürmə başlanır


Sovetskidə söküntü...
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Sovetskidə söküntü...

2018-ci ilin yanvarından Bakının «Sovetski» kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.

APA-nın xəbərinə görə, bunu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov deyib. Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək.

Bakının «Sovetski» deyilən ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb, böyük ərazi abadlaşdırılıb. Ancaq bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadratmetrə 1500 manat ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG