Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:42

Prezidentin tənqidindən sonra ixtisarlar başladı


Shavkat Mirziyoev

Özbəkistanın Maliyyə Nazirliyindən 560-dan çox əməkdaş işdən çıxarılıb. Bir neçə gün öncə prezident Shavkat Mirziyoev bu nazirliyin işini kəskin tənqid etmişdi, “siçovul” adlandırdığı səmərəsiz məmurları işdən kənarlaşdırmağı tapşırmışdı. Məlumatı dekabrın 27-də UzA dövlət xəbər agentliyi yayıb.

Mirziyoev dekabrın 23-də deyirdi ki, “15-20 il maliyyə sistemində işləmiş, ancaq maliyyədən başı çıxmayan yüksəkçinli məmurları artıq işdən qovub”.

“Yuxarıdakıları işdən çıxardım, amma aşağı səviyyə siçovullar qalmaqdadır”, – deyən prezident maliyyə sektorunda durumun dəyişmədiyini deyirdi.

Mirziyoev yeni təyin olunmuş maliyyə naziri Jamshid Kuchkarov-a xəbərdarlıq edirdi ki, “durumu dəyişsin”, yoxsa özü “bir ayın içində” işdən kənarlaşdırıla bilər.

Mirziyoev pis hazırlanmış dövlət büdcəsini, vacib layihələrə pul ayrılmamasını tənqid edirdi.

Bu nazirliyin 3 min əməkdaşı var, dövlət pensiya fondu kimi tabeçiliyində olan agentliklərdə isə 13 min nəfər çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG