Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:00

Qırğızıstan və Qazaxıstan liderləri anlaşıblar


Nursultan Nazarbayev (sağda) və Sooronbai Jeenbekov
Nursultan Nazarbayev (sağda) və Sooronbai Jeenbekov

Qırğızıstanla Qazaxıstan qarşılıqlı mübahisələri Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində həll etməyə razılaşıblar. Bu razılaşma Qırğızıstan prezidenti Sooronbai Jeenbekov-un Qazaxıstanın baş naziri Bakytzhan Sagintaev-lə görüşündə əldə olunub.

Jeenbekov-un mətbuat xidməti dekabrın 26-da bu haqda məlumat yayıb. Məlumata görə, o, Astanaya səfəri zamanı deyib ki, Qazaxıstan qarşılıqlı əməkdaşlığı əngəlləyən məsələlərin həllindən ötrü tədbirlərin görülməsinə diqqət ayırır.

*** Buna da bax: Ondan gözlənilən... 'maraqlar balansının qorunub saxlanmasıdır'

Qırğızıstan prezidenti qazaxıstanlı həmkarı Nursultan Nazarbaev, Sagintaev-lə görüşlər keçirib.

Jeenbekov-un sələfi Almazbek Atambaev Qazaxıstanı Qırğızıstanda 15 oktyabr prezident seçkisinə müdaxilədə ittiham edəndən sonra ikitərəfli münasibətlər gərginləşib. O, həmçinin Nazarbaev-i uzun müddət prezident postunda qaldığına görə tənqid etmişdi.

DEKABRIN ƏVVƏLİNDƏN YUMŞALMA BAŞLANIB

Atambaev Qazaxıstan hakimiyyətini prezidentliyə namizədlərdən Omurbek Babanov-a açıq dəstək verməklə Qırğızıstanın daxili işlərinə müdaxilədə ittiham edirdi. Babanov Atambaev-in dəstəklədiyi namizəd Jeenbekov-un əsas rəqibiydi.

Bu ittihamlar Nazarbaev sentyabrın 19-da Babanov-la görüşəndən sonra səslənib, ancaq Astana onları rədd edib.

Bundan sonra Qazaxıstan qazax-qırğız sərhədində nəzarəti gücləndirib ki, bu da piyadaların və maşınların növbələrinin böyüməsiylə sonuclanıb.

Bişkek durumu bir az da gərginləşdirərək Astanadan 100 milyon dollarlıq yardım paketini qəbul etməyib.

*** Buna da bax: Atambaev Qırğızıstan üçün plan hazırlayır

Atambaev vəzifədən rəsmən dekabrın əvvəlində gedib və Bişkeklə Astananın münasibətlərinin yaxşılaşmasına ümidlər yaranıb.

Noyabrın 30-da Jeenbekov və Nazarbaev Moskvada görüşüblər. Onlar sərhəd probleminin həlliylə bağlı plan hazırlamağa razılaşıblar. Dekabrın 4-dən maşınlar sərhəddən maneəsiz keçməyə başlayıb.

Jeenbekov dekabrın 26-da Moskvaya gedəcək, burada Müstəqil Dövlət Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşünə qatılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG