Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:56

Kiyevlə separatçılar əsir mübadiləsinə razılaşırlar


Ukraynanın şərqində ötən il baş tutmuş əsir mübadiləsi
Ukraynanın şərqində ötən il baş tutmuş əsir mübadiləsi

Ukrayna hakimiyyəti və rusiyapərəst separatçılar dekabrın 27-də böyük əsir mübadiləsinə razılaşıblar.

Açıqlamanı separatçı liderlər və Ukrayna hökumətinin təmsilçiləri Moskvada görüşdən sonra televiziyayla çıxışlarında veriblər.

306 vs. 74

Görüş Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill-in vasitəçiliyi ilə Moskvanın Svyato-Danilov monastrında keçirilib.

Ukrayna parlamenti spikerinin birinci müavini Iryna Herashchenko isə Facebook səhifəsində yazıb: “Dekabrın 27-də separatçılar 74 ukraynalını azad edəcəklər. Onları 306 nəfərə dəyişəcəyik”.

*** Buna da bax: ABŞ Rusiyanın ‘qanuni oğrularına’ sanksiyalar qoyur

Separatçıların lideri Aleksandr Zakharchenko deyib ki, tərəflər əsir mübadiləsinin “306 nəfər əvəzinə 74 formuluyla” gerçəkləşdirilməsinə razılaşıblar.

Bu razılaşmanın bütün hərbi əsirlərə aid olub-olmadığı bəlli deyil.

Bəzi məlumatlara görə, Ukraynada həbsdə 306 separatçı var, separatçılar isə 74 hökumət əsgərini həbsdə saxlayır.

Patriarx Kirill ümidini bildirib ki, “gözlənən əsir mübadiləsi prosesi başladacaq, çünki heç də əsirlikdə olanların hamısı siyahıya salınmayıb”.

XATIRLATMA

Ukraynanın Donetsk və Luqansk regionlarında hökumət qüvvələriylə rusiyapərəst separatçıların arasında döyüşlərdə 2014-cü ilin aprelindən 10 min 300-dən çox adam həlak olub.

Dekabrın 20-də Minskdə Rusiya, Ukrayna, separatçılar və ATƏT təmsilçiləri görüşüblər. Onlar dekabrın 23-də gecəyarısından bayram atəşkəsinə razılaşdıqlarını bildiriblər.

ATƏT-in bəyanatında deyilir ki, atəşkəs Milad və Yeni İl Bayramlarına görə razılaşdırılıb.

*** Buna da bax: ABŞ Ukraynanın yüngül silahlar almasına lisenziya verir

Dekabrın 25-də tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

Minsk sazişləri çərçivəsində indiyədək əldə olunan atəşkəs razılaşmaları tam yerinə yetirilməyib. 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında razılaşdırılmış Minsk sazişlərinin hədəfi münaqişəyə son qoymaq idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG