Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:09

SSRİ-nin çöküşündən təəssüflənən rusiyalıların sayı artır


SSRİ-də 1 may nümayişi, 1976-cı il

SSRİ-nin çöküşünə görə təəssüflənən rusiyalıların sayı 2009-cu ildə maksimum həddə çatıb və 58 faiz təşkil edib. Respondentlərin dörddə biri SSRİ-nin parçalanmasına təəssüflənmir, 16 faiz cavab verməyə çətinlik çəkdiyini bildirib. Bu sorğunu “Levada” mərkəzi keçirib.

Sovet İttifaqının dağılmasına təəssüflənənlərin 54 faizi “vahid iqtisadi sistemin iflasından”, üçdə biri “adamların böyük dövlətə məxsusluq hissini itirməsindən”, elə o qədəri də “qarşılıqlı inamsızlıq, mərhəmətsizliyin artmasından” məyusluğunu dilə gətirib.

“PROSESİ ÖNLƏMƏK OLARDI”

25 faiz deyir ki, “hər yerin öz evi olması hissinin” yoxa çıxmasına təəssüflənir.

Rəyi soruşulanların yarısının fikrincə, Sovet İttifaqının dağılmasını önləmək olardı. 29 faiz isə bu prosesin qaçılmaz olduğunu düşünür.

Dekabrın 8-də SSRİ-nin süqutunu rəsmiləşdirmiş Belovejsk sazişinin 26 illiyi idi. O vaxtadək artıq 15 keçmiş sovet respublikası müstəqillik elan etmişdi. Amma 1991-ci il martın 17-də ümumsovet referendumunda əksəriyyət Sovet İttifaqının saxlanmasına səs verib.

“Levada”nın ötən il keçirdiyi sorğu üzə çıxarmışdı ki, rusiyalıların yarıdan çoxu SSRİ-nin dağılmasından məyusluq keçirir. Ancaq respondentlərin yalnız 12 faizi Sovet İttifaqının əvvəlki formada bərpasını istəmişdi.

Sorğu bu il noyabrın 24-dən 28-dək yaşı 18 və yuxarı olan 1600 nəfər arasında keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG