Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:16

İstanbuldan Naxçvana gələn avtobus aşıb


Foto arxiv.

İstanbuldan Azərbaycana gələn sərnişin avtobusunun Qarsda qəzaya düşdüyü bildirilir.

«Hürriyet» qəzetinin xəbərinə görə, hadisə bu gün, dekabrın 25-də yerli vaxtla saat 8:00-da Qars ərazisində, Qarayurd-Kağızman yolunda baş verib.

Xəbərdə bildirilir ki, İstanbuldan Azərbaycana gələn «Iğdır Turizm» şirkətinə aid 34 DY 9422 nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Qəzada çoxu Naxçıvan Muxtar Respublikasının sakini olan 30 nəfərin xəsarət aldığı vurğulanır.

Xəsarət alanların Sarıqamış və Qarsdakı xəstəxanalarına yerləşdirildiyi bildirilir.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG