Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:17

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) yaradılıb.

Bununla bağlı prezident İlham Əliyev dekabrın 22-də fərman imzalayıb.

Fərmana görə, Agentlik Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti İdarəsinin bazasında yaradılıb.

Yeni qurumun nizamnaməsi də təsdiq olunub.

Buna da bax: 'Azəravtoyol' da publik hüquqi şəxs oldu

Nizamnamədə qeyd edilir ki, bu qurum Azərbaycanda elektrik, istilik enerjisi, qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirəcək. Habelə, müəssisələrin fəaliyyətinin təhlilini aparacaq, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini və investisiyaların cəlb edilməsindən ötrü stimullaşdırıcı mexanizmlər hazırlanmasını təmin edəcək.

Qurum dövlət qeydiyyatına alındıqdan sonra bazasında yaradıldığı qurumlar ləğv olunaraq əmlakları onun balansına keçiriləcək.

Buna da bax: AzərTAC publik hüquqi şəxs oldu

Xatırlatma

Ölkə başçısı hələ ötən il noyabrın 24-də dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalamışdı.

Həmin fərmana görə, bir neçə dövlət qurumunun əvəzinə eyni adlı publik hüquqi şəxsin yaradılması nəzərdə tutulurdu. Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun da artıq, tətbiq olunmağa başlayıb.

Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs onun özü, dövlət, bələdiyyə adından yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Ancaq dövlət və ya bələdiyyə orqanı sayılmır.

Azərbaycanda ilk publik hüquqi şəxs də elə ötən il fevralın 3-də yaradılıb. Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG