Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:38

Putin Trump-ın təhlükəsizlik strategiyasına “aqressiv” deyir


Vladimir Putin (ortada)

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trump-ın açıqladığı təhlükəsizlik strategiyasını “aqressiv” adlandırıb və deyib ki, Moskva hərəkətlərində bunu nəzərə alacaq.

Dekabrın 22-də Rusiya Müdafiə Nazirliyində çıxış edən Putin deyib ki, ABŞ və NATO Avropada hərbi iştirakını gücləndirir və bu, “hücum və aqressiv xarakterlidir”.

Putin Birləşmiş Ştatları Ortamənzilli Nüvə Qüvvələri sazişindən çıxmağı planlaşdırmaqda da ittiham edib. Bu saziş yaxın və ortamənzilli nüvə və adi raketləri qadağan edir.

Rusiyayla Birləşmiş Ştatlar bir-birini silahlara nəzarətlə bağlı böyük sazişləri pozmaqda suçlayır.

Putin deyib ki, Rusiyanın nüvə arsenalı istənilən hədəyə qarşı dayanmaq gücünə malikdir.

Dekabrın 18-də milli strategiyasını açıqlayan Trump xəbərdarlıq edib ki, Rusiyayla Çin ABŞ dəyərlərinə və maraqlarına əks dünya formalaşdırmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG