Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:52

İranda yenə zəlzələ olub, 23 nəfər yaralanıb


Tehran yaxınlığında zəlzələdən sonra adamlar küçələrə çıxmışdı

Dekabrın 21-də İranın cənub-şərqindəki Kerman vilayətində 5,2 bal gücündə zəlzələ olub, dövlət televiziyası azı 23 nəfərin xəsarət aldığını bildirir. Bir gün öncə Tehran yaxınlığında zəlzələdən isə iki nəfər həlak olmuşdu.

Rəsmilər son zəlzələnin episentri olan Kuhbanan şəhərinə xilasedicilərin göndərildiyini bildirir. Hələlik, ölən olmadığı qeyd edilir.

“Şəhərdə elektrik kəsilib, bəzi evlərə ziyan dəyib”, – yerli rəsmi dövlət televiziyasına deyib.

Dekabrın 12-də Kerman vilayətində bir neçə güclü zəlzələ baş verib, onlarla adam xəsarət alıb.

Dekabrın 20-də isə Tehran yaxınlığında 5,2 bal gücündə zəlzələdən bir yaşlı qadın və bir gənc qız dünyasını dəyişib, 120-dək yaralı var.

2003-cü ildə Kermanda 6,6 ballıq zəlzələdən 31 min nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG